İranla İsrail arasında atəşkəs rejimi çox kövrəkdir.

Yenizaman İRNA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Ərakçi bildirib.

“Danışıqlar yolu ilə əldə edilmiş razılaşmaya qayıtmaq mümkündür” sualına cavab olaraq nazir deyib:

“Bəli. Ancaq bunun üçün digər tərəfdən ciddi və real iradə tələb olunur. Hərbi variantdan imtina etmək lazımdır, biz irəli getməli və danışıqlar yolu ilə həll axtarmalıyıq”.

Onun sözlərinə görə, 12 günlük müharibə sübut etdi ki, İranın nüvə proqramı probleminin hərb yolu ilə həlli yoxdur:

“Yalnız diplomatik və danışıqlar yolu ilə həll effektiv ola bilər. Bu da yalnız İranın öz hərbi ambisiyalarından imtina edib, ona dəyən zərərin kompensasiya edilməsindən sonra mümkün olacaq. O halda danışıqlarda iştirak etməyə hazır olacağıq”.

.