Bu il dekabrın 13-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Ümumi yığıncaqda iki əsas məsələ müzakirə ediləcək.

Bunlardan biri ABB-nin nizamnamə kapitalının artırılması və Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsidir.

Bundan əlavə, əsas dövlət bankının törəmə innovasiya şirkətinin yaradılması məsələsi yığıncağın gündəliyində olacaq.

.