Norveçin Eydsvol şəhərində 92 yaşlı qadın qocalar evindən qaçıb.

Bunu görən qocalar evinin əməkdaşları polisə müraciət ediblər. Lakin qısa zamanda məlum olub ki, norveçli xanım sevgilisi ilə görüşmək üçün klinikanı tərk edib. Daha sonra isə o 87 yaşlı sevgilisinə qovuşaraq Stokholma gedib.

Qeyd edək ki, norveçli xanım həftə sonu qocalar evinə qayıtmağı planlaşdırır.

.