Abşeronda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini, 1924-cü il təvəllüdlü Əminə Mahmud qızı Kərimova özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb. Xəstəxanaya çatdırılan Ə. Kərimova orada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. APA.az
.
