Sumqayıtda azyaşlı faciəli şəkildə ölüb.
 APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 27-də Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində qeydə alınıb. Orada yaşayan 9 yaşlı Ayşən İsmayılova evdə oynayarkən pərdənin ipi boğazına dolaşdığından boğularaq ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

.