Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1929-cü il təvəllüdlü Buqriyeva Lidiya Aleksandrovna bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən L. Buqriyevanın meyitini çarpayıda aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 16:51-də başa çatıb.
.