Bu gün səhər saatlarında Bakının məşhur bazarlarından olan "8-ci km bazarı”nda insident yaşanıb.

"8-ci km bazarı”nda işləyən satıcılarla müdiriyyət arasında problem yaranıb. Bazarın satıcıları onlara qoyulan yerpulunun qaldırılmasından narazılıqlarını bildiriblər.

Narazılıq nəticəsində bir qrup satıcı etirazlarını bildirmək üçün Nizami rayon icra Hakimiyyətinin qarşısına toplaşıb. Aksiya iştirakçıları problemlərilə əlaqədar İcra hakimiyyətinin işçilərilə görüşüblər.
.