
Türkiyənin tanınmış müğənnisi, bir neçə gün öncə 8-ci dəfə ailkə həyatı qurması ilə gündəmə gələm Seda Sayanı həbs edilə bilər. Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun son evliliyi zaman dövlət nikahı deyil, imam nikahı (molla kəbini - red.) bağlamasıdır. Bu iddia təsdiqini taparsa, həm Seda ilə həyat yoldaşını, həm də nikahı kəsən imamı 2 il 6 ay həbs gözləyir. Çünki Türk Cəza Qanununa (Cinayət Məcəlləsi) 230/5-ci baddəsinə əsasən dövlət nikahından əvvəl imam nikahı kəsdirmək cinayət sayılır.
.