
Bakıdakı şadlıq sarayında baş verən kütləvi zəhərlənmə ilə bağlı həbs gözlənilir.
Milli.az xəbər verir ki, "Zəngəzur" şadlıq sarayında avqusun 8-də 77 nəfərin zəhərlənməsi ilə bağlı artıq cinayət işi başlanıb.
Saytın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin salamlığına az ağır və ya ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işinin istintaqı dava etdirilir.
Xatırladaq ki, avqustun 8-də Binəqədi rayonunda yerləşən "Zəngəzur" şadlıq evində keçirilən toy mərasimində 77 nəfər zəhərlənib, o cümlədən 15 uşaq tibbi yardım almaq üçün tibb müəssisələrinə müraciət edib. Ehtimal olunur ki, qida zəhərlənməsinə səbəb "paytaxt salatı" olub.
.