
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 72 yaşlı sənətçi genetik olaraq şansının gətirdiyini də vurğulayıb:
"Hamam və kisələnmək mədəniyyətini mənimsəmişəm. Dərini mütləq təmiz tutmaq lazımdır. Dəri üçün nəmləndirici, qocalma əleyhinə kremlərdən istifadə edirəm. Estetik əməliyyatlara qətiyyən qarşı deyiləm. Eyni zamanda qidalanma və yuxu rejimimə xüsusi diqqət edirəm"..