Iyunun 1-dən 7 saylı “ASAN xidmət” fəaliyyətə başlayır.

 Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən mərkəz vətəndaşların ixtiyarına verilir.

Xatırladaq ki, yeni fəaliyyətə başlayacaq “ASAN xidmət” mərkəzi ümumilikdə ölkə üzrə 23-cü mərkəzdir. Ümumilikdə 288 əməkdaşın və 50 könüllünün çalışacağı mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 325-dən çox xidmət həyata keçiriləcək.

.