Bakının Suraxanı rayonunda müəllimlər məktəb direktoruna qarşı çıxıblar.
Belə ki, 7 saylı internat məktəbinin 20-ə yaxın müəllimi direktor Afaqət Əsgərovaya qarşı aksiya keçirir.
Yenizaman.az interpress.az-a istinadən bildirir ki, hazırda müəllimlər məktəbin qarşısına toplaşaraq direktorun vəzifəsindən getməsini tələb edirlər. Müəllimlərin sözlərinə görə, direktor Afaqət Əsgərova onlar haqqında yalançı aktlar yazaraq məhkəməyə verib. Müəllimləri təhqir edən direktor onları işdən çıxarmaqla hədələyib.
Hazırda etiraz aksiyası davam edir.
.