Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı uşağı "dubinka" ilə döyüblər.
İnternat evindəki mənbənin bizimyol.info-ya verdiyi məlumata görə, hadisə bir neçə gün öncə baş verib.
7 yaşlı Mahir orada çalışan müəllimələrin biri tərəfindən döyülüb. Uşağın başından dubinka ilə vurub.
O, ağır zədə alıb. Uşağın döyülməsinin səbəbinə gəlincə isə mənbə bildirib ki, buna səbəb onun nadinc olmasıdır.
Mahirin Gülya adlı müəllimə tərəfindən döyüldüyü bildirilir. Gün ərzində qarşı tərəfin də fikri öyrəniləcək.
Qeyd: Məlumatı verən şəxs sonradan ona təzyiq olunacağından qorxduğu üçün adının gizli saxlanmasını istəyib.
.
