Yanvarın 25-də bir qrup qəzet redaktoru və səyyar satış şirkətlərinin təmsilçiləri "Zerkalo” qəzetinin redaksiyasında toplantı keçirib. Əl yayımına qadağa problemini müzakirə edən toplantı iştirakçıları bir neçə qərar qəbul ediblər.
7 mətbuat orqanının ("Yeni Müsavat”, "Azadlıq”, "Bizim yol”, "Zerkalo”, "Novoye vremya”, "Gündəm xəbər”, "Gündəlik Bakı”) 1 günlük tətil etməsi razılaşdırılıb. Həmçinin yaxın günlərdə deputatların, ictimaiyyət təmsilçiləri və mətbuat nümayəndələrinin iştirakı ilə geniş tərkibli tədbir, Sabir bağında piket keçirilməsi qərara alınıb.
.
