Şirvanda yanğın qeydə alınıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 306 m2 olan birmərtəbəli 7 otaqlı evin zirzəmisində 2 ədəd "QAZ” markalı minik avtomobillərinin yanar hissələri və 4 otağın yanar konstruksiyaları 153 m2 sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
.