Bu gün səhər saatlarında Salyan rayonunda intihar hadisəsi baş verib.
Rayonun Xələc kəndinin sakini, 65 yaşlı Davud Səlimov özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib.
Kənd sakinlərinin virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, əvvəllər dəmirçi işləmiş pensiyaçı D.Səlimovun ayrı-ayrı şəxslərə və banklara borcu var imiş. Borc sahibləri isə son vaxtlar ondan pullarını tələb edirmiş. Məlumata görə, bu problemi həll edə bilməyən D.Səlimov da çıxış yolunu intiharda görüb.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
.