
Dünən axşam saat 20 radələrində Salyan rayonu Kürqaraqaşlı kəndində qətl hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, kənd sakini, 65 yaşlı Şükür Qəşəm oğlu Hüseynov yaşadığı evin həyətində öz qohumu, 60 yaşlı gözdən əlil Həsrət Hüseynov tərəfindən bıçaqlanaraq qətlə yetirib.
Şükür Hüseynov uzun illər idi ki, Salyan Təcili Tibbi Yardım Stansiyasında sürücü işləyirdi.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma gedir.
.