Amerika Birləşmiş Ştatları Konqresinin demokrat qanunvericiləri prezident Donald Trampı məhkəməyə veriblər.
Xarici mətbuat xəbər verir ki, Donald Tramp xarici hökumətlərdən pul almaqda təqsirləndirilir.
Trampa qarşı 190-dan çox qanunverici iddia qaldırıb. İddiaçılar arasında 60 senator və Nümayəndələr Palatasının 166 təmsilçisi var.
ABŞ tarixində indiyə qədər heç bir prezidentə qarşı bu qədər qanunverici çıxış etməyib.
Trampın öz biznes fəaliyyəti nəticəsində olsa belə, Konqresin razılığı olmadan xarici hökumətlərdən pul alması ABŞ konstitusiyasına ziddir. Ağ Ev isə əldə olunan maliyyə vəsaitinin konstitusiyaya zidd olmadığını bildirib.
