
Bu gün ad gününü qeyd edən xalq artisti Nazpəri Dostəliyeva təəssüratlarını Teleqraf.com-la bölüşüb. Yenizaman.az təbriklərə qoşularaq müsahibəni təqdim edir:
-Nazpəri xanım, ad gününüzü təbrik edirik. Necə qeyd edəcəksiniz?
-Çox sağ olun. Ad günümü Xəzər televiziyasının 5/5 verilişində qeyd edəcəm. Kimin təbriki varsa, buyurub gələ bilər.
-Ailəniz və dostlarınız üçün kiçik məclis təşkil olunacaqmı?
-Bəli, ad günümü ancaq ailə üzvlərimlə, nəvələrim, gəlinlərim və qardaşımın ailəsi ilə qeyd edəcəm.
-İlk təbriki nəvəniz Kərimdən almısınız...
-Bəli, gecə saat 12-də Kərimim, Tamerlanım, Nazlım məni təbrik etdilər. Eləcə də, məni sevənlər, instaqram dostlarım gecədən təbrik eləməyə başlayıblar. Hər birinə minnətdaram. Hər kəsin təbrikini özüm bir-bir oxuyuram. Hamısını öpürəm və bağrıma basıram.
-Adətən, bəzi xanımlar ad günlərində yaş kompleksi yaşayırlar...
-Bəli, bu, faktdır. Mənim ətrafımda da belə insanlar var. Allahın bizə bəxş etdiyi hər günə min şükür etməliyik. Mənim heç də əhval-ruhiyyəm pozulmur. Əksinə, ad günü də doğmalarımın, sevənlərimin yanımda olması üçün bəhanədir. Məni sevənlər üçün özəl gündür. Onlar ürək sözlərini deyə bilirlər. Mən o məhəbbəti, sevgini böyük məmnuniyyətlə qəbul edirəm. Ad günümdə qətiyyən kədərlənmirəm, əksinə, çox sevinirəm. Heç bir dəqiqə belə kədərlənməyə haqqımız yoxdur. Çünki hər dəqiqəni bizə Allah bəxş edir.
-Nazpəri xanım, 56 yaşınız tamam olur. Yaş kompleksiniz varmı?
-Xeyr, qətiyyən yaş kompleksim yoxdur.
Rəqsanə






