Braziliyanın Riu-Qrandi-du-Norti ştatındakı regionun ən böyük həbsxanası olan Alkasisdən 56 məhkum qaçıb.
AzNews.az xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb. Həmin həbsxanada 14 yanvar tarixində məhkumkların qiyamı nəticəsində 26 nəfər ölüb. Yerli mənbənin verdiyi məlumata görə, isə qaçan məhkumların sayı daha çox ola bilər.
Daha əvvəl 200-ə yaxın məhkum da üsyan zamanı Braziliyanın cənub-şərqində yerləşən bir həbsxanadan qaçıb.
Yenizaman.az
.
