Lənkəran rayonunda 53 yaşlı kişi bıçaqlanıb. 

"Report"un məlumatına görə, hadisə Liman şəhəri ərazisndə qeydə alınıb. 

Belə ki, şəhər sakini 1964-cü il təvəllüdlü Gülbala Fail oğlu Hüseynov ailə münaqişəsi zəmnində bıçaqlanıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, G.Hüseynov əməliyyat olunub, vəziyyəti orta-ağırdır.
 
Onun çoxlu qan itirdiyi bildirilir.
 
Faktla bağlı araşdırmalar başlayıb.
 
Yenizaman.az
.