Məşhur italyan aktyoru və müğənnisi Adriano Çelentanonun 79 yaşı tamam olub.

Axşam.az-ın məlumatına görə, müğənni kimi fəaliyyət göstərdiyi qırx ildən artıq bir dövrdə Çelentano tirajı 70 milyonu keçən 30-dan çox albom buraxıb. Filmləri ilə də məşhurluq qazanan aktyor İtaliyanın ən gözəl ailəsinə sahibdir.

O, aktrisa Klauduiya Mori ilə film meydançasında tanış olub. Onların toyu 1964-cü ildə baş tutub. 53 ildir evli olan cütlük hazırda Milanda yaşayır.

Dünya şöhrətli aktyorun 45 yaşlı qızı, aktrisa Rozalinda Çelentano keçən il qeyri-ənənəvi seksual oriyentası olduğunu hər kəsə açıqlayıb və sevgilisi Simona Borioniylə toy edəcəkləri ilə bağlı elan verib.

 
 

 



 

 

 

 

.