
Sumqayıtda ötən gün axşam saatlarında ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Bizimyol.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli, 4 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağında 1 ədəd çarpayı, ev əşyaları 6 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Seyidov Azad Bilmalı oğluna yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
.