İraqda beynəlxaq koalisiyanın hava zərbələri nəticəsində 52 İŞİD silahlısı məhv edilib.
APA-nın "Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, həmçinin terrorçular paytaxt Bağdaddan 200 km şimal-qərbdə yerləşən Əl-Bağdadi şəhərinin bir hissəsinə nəzarəti itiriblər. İraq ordusunun hücumları nəticəsində burada 20-dək İŞİD silahlısı öldürülüb.
Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinə məxsus hərbi təyyarələrin İraq və Suriyada İŞİD-in mövqelərinə 25 hava zərbəsi endirməsi barədə məlumat yayılmışdı.
.
