Almaniyanın "Express" qəzeti "əl-Qaidə" təşkilatının 5 böyük Avropa şəhərində terror hazırladığını iddia edib.
Bizimyol.info-nun məlumatına görə, qəzet ingilis mənbələrdən aldığı məlumata əsasən çıxış edərək 11 sentyabr terrorunun təkrarlanacağını qeyd edib. Xəbərdə hava limanının 5 təyyarəsinə hücum olacağı və planın iki aydır ki, hazırlandığı qeyd edilib:
"Yeni il qabağı Avropanın böyük şəhərlərinə uçan təyyarələr terroçuların hədəfindədir. Planı əl-Qaidənin başçıları hazırlayıb. Yeni ili keçirmək üçün Avropa şəhərlərinə xeyli turist gələcək. Terrorçular bombaları əl çantalarında təyyarəyə keçirəcəklər".
Qəzetdə yer alan bu xəbərdən sonra təyyarəyə bomba keçirməyin mümkün olub- olmaması gündəmə gəlib.
Hava yolları şirkətinin bir çox qadağaları tətbiq etməsinin vacibliyi qeyd edilib.
.