APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ləj kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədova Nəzakət Əlixan qızı qardaşı oğlu Kamran Məmmədov tərəfindən bıçaqlanıb. Xəsarət alan şəxs Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu deyilir . Fakt bağlı araşdırma aparılır.


.