
Amerikalı aktrisa Tori Spellinq həyat yoldaşı Din Makdermott ilə birlikdə bir neçə ay bundan əvvəl dünyaya gələn oğlu ilə jurnalın üz qabığı üçün şəkil çəkdirib.
Xarici KİV-lər xəbər verir ki, aktrisa ilk dəfə olaraq oğlunu mətbuata göstərib və qeyd edib ki, təzə dünyaya gələn övladı Bo Dina onun ailəsini dağılmaqdan qoruyub. Belə ki, bir neçə il əvvəl 43 yaşlı aktrisa ərinin ona xəyanət etdiyini öyrənir. Onların boşanmaq barədə xəbərləri yayılsa da aktrisa bu nikahını qorumaq fikrinə düşür:
"Çox insanlar mənə boşanmağı deyirdi, amma mən bu insanı sevdiyim üçün müəyyən yollar axtarırdım ki, bu nikah dağılmasın. Psixoloqlara müraciət etdim və belə qərara gəldim ki, keçmişi unudub yeni həyata başlamaq olar. Yeni doğulan körpəm də bu həyatın simvoluna çevirildi”.
43 yaşlı aktrisanın 50 yaşlı həyat yoldaşı Din Makdermott ilə nikahından 5 övladı var. Onlardan böyüyünün isə 9 yaşı var. Makdermottun isə birinci nikahından 18 yaşlı oğlu da var.