Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

1982-ci il təvəllüdlü Cəfərzadə Cavanşir İlyas oğlu tanıdığı şəxslə dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub.

Fakt araşdırılır.

.