
Həyatdan silinən, fillərin tüklü qohumları mamontlar yoxsa geri dönür?
Mamontların DNT zəncirinin tamamlandığı xəbəri bu sualı yenidən ağıllara gətirib.
Çünki bu DNT ilə mamontlar klonlana biləcək. Bilinən son mamont sürüsünün qalıqları 4 min və 6 min il əvvəl Rusiyanın Şimal Qütbü sahilində tapılıb. Mütəxəssislər mamontların klonlanmasının yaxşı bir fikir olduğunu düşünmür.
Onlar bildirib ki, mamontların nəsli tükənib və onlar dünyadan silindikdən sonra yaşadıqları iqlim və ətraf dəyişib. Nəsli tükənən heyvanları geri gətirmək yerinə nəsli tükənmə təhlükəsi altında olan heyvanlara kömək etməliyik. Araşdırmalar nəticəsində mamontlarda olan zülalın, heyvanların bədənlərini soyuğa qarşı daha həssas hala gətirdiyi və tüklərinin uzanmasına səbəb olduğu ortaya çıxıb. Bunun sayəsində mamontların tundra iqlimində yaşadıqları məlum olub..