Axar.az xəbər verir ki, bu barədə RİA Novosti hərbi mənbəyə istinadən məlumat verib.
"Dünən gecə bir neçə günlük mühasirədən və 6 döyüşçsünün öldürülməsindən sonra "Nusra" qruplaşmasının 38 döyüşçüsü Suriya ordusuna təslim olub", - mənbə deyib.
Onun sözlərinə görə, terrorçular Suriya hərbi kəşfiyyatına minalanmış yollar və evlər, o cümlədən Zabadanin qərbindəki hərbi postlar barəsində vacib məlumatlar verib: "Onların məlumatları əsasında hərbçilər "Hizbullah" döyüşçülərinin dəstəyi ilə şəhərin bu hissəsinə hərəkət edə biliblər".
.
