"Yurd” TV İnternet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə qərar dünən axşam saatlarında qəbul edilib. Qərarı kollektivə layihənin rəhbəri Rüstəm Əliyev elan edib. Ancaq qərarın səbəbi barədə heç nə deyilməyib.
Həmçinin "Yurd TV”-nin adının çəkilməsini istəməyən əməkdaşı Movqe.az-a bildirib ki, dünən axşam tv-nin bütün əmlakı siyahıya alınaraq maşına yığılaraq aparılıb. Onlara isə bildirilib ki, internet tv Region tv-yə birləşdirilir: "Bizim 10 günlük maaşımızı bu gün verəcəklər. İşçilərdən çoxu regiontv-yə götürüləcək. Amma deyirlər ixtisarlar da olacaq".
Həmçinin "Yurd tv"nin əməkdaşı iki aya qədər region tv-nin internet tv kimi yox, telekanal kimi fəaliyyətə başlayacağını da söyləyib.
Qeyd edək ki, "Yurd” TV 2011-ci il martın 1-də fəaliyyətə başlayıb. Televiziya əsasən informasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərib.
.
