"Hamı soruşur ki, efirə nə vaxt qayıdırsan? Yeni ailə qurmuşam, bir müddət uzaq qalmağım normaldır”.

Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı İradə İsak deyib. 

Həmkarı Yaşar İsakovla ailə quran aparıcı bildirib ki, bir müddət şəxsi həyatı ilə məşğul olacaq:

"Hələ ailəmə diqqət göstərməliyəm. Yoldaşım deyir ki, bir müddət evdə otur, istirahət et. Təbii ki, efirə qayıdacam. Amma bilmirəm üç, ya da dörd aydan sonra. Pedaqoji fəaliyyətimə də ara vermişəm. Gələn dərs mövsümündən işimə qayıdacağam. Hazırda elmi iş müdafiə edirəm”.

İ.İsak "İkinci dəfə ana olmaq istəmirsiniz” sualına belə cavab verib:

"Təbii ki, düşünürəm. Allah qismət etsə, olaram”.

Foto: Ramin ASLANOV
 
 

 

 

 

 

 

.