"WikiLeaks”in yaradıcısı Culian Assanj Fransa prezidenti Fransua Ollandın adına açıq məktub yazaraq ondan siyasi sığınacaq istəyib.

Avropa.info xəbər verir ki, Assanjın məktubunu Fransanın "Le Monde” qəzeti çap edib. Məktub bildirilir ki, ABŞ "WikiLeaks” yaradıcısını ifşaedici jurnalist istintaqlarına görə təqib edir.

"Bu gün hədəfinə çevrildiyim siyasi təqiblərdən məni yalnız Fransa müdafiə edə bilər. Cənab prezident, həyatım təhlükədədir. Həm fiziki həm, psixoloji olaraq. Həyati təhlükə gün keçdikcə daha da artır” – deyə Assanj bildirib.

.