Bakıda banklardan birinə saxta əsginas vermək istəyən qadınlar saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nəsimi rayonu ərazisindəki "Unibank"ın Əcəmi filialında kassada işləyən işçiyə 1 ədəd 50 manatlıq saxta əsginaz vermək istəyən Bakı şəhər sakinləri Ofeliya Haqverdiyeva və Mətanət Novruzova Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil veriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

.