
"Əskişəhərspor” klubunun futbolçusu Ərkan Zənginin "Trabzonspor” keçidi rəsmləşmək üzrədir. Lent.az-ın məlumatına görə, yerli mətbuata açıqlama verən "Əskişəhərspor” klubunun prezidenti Məsut Hoşcan deyib ki, Ərkanla bağlı "Trabzonspor”la ortaq məxrəcə gəliblər. "Fənərbağça”nın rəsmi təklifi isə rədd edilib: "Ərkan Zənginlə bağlı "Trabzonspor”la razılaşmışıq. O, vəfa borcunu ödəyir. Transfer yaxın günlərdə rəsmiləşəcək”.
.