İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara daha iki məşhurdan dəstək gəlib.
ANS PRESS-in məlumatına görə, Hollivudun iki tanınmış siması - "Terminator" Arnold Şvarsnegger və "Rembo" Silvestr Stallone iki mindən artıq Qəzza sakininin həyatını itirdiyi əməliyyatlarda İsraili dəstəklədiklərini deyiblər.
Bir qrup Hollivud ulduzu tərəfindən imzalanan açıqlamada HƏMAS-ın cinayət işlədiyi irəli sürülüb və İsrailə Qəzza əməliyyatları ilə bağlı edilən boykotlar qınanılıb.
ABŞ-ın qabaqcıl qəzetlərində yer alan məktubda belə deyilir: "HƏMAS-ın İsrailin şəhərlərinə raket yağdırması, insanları girov saxlaması qəbuledilməzdir. Xəstəxanalar sağaltmaq üçündür, silah saxlamaq üçün yox, məktəblər öyrətmək üçündür, raket atmaq üçün yox. Uşaqlar ümidimizdir, canlı qalxan yox".
.