Martın 3-ü Bakının "Sovetski” məhəlləsində etiraz aksiyası keçirən 5 nəfərə inzibati həbs cəzası verilib. "Sovetski” sakini Tahirə Rzayeva martın 5-də "Media forum” deyib ki, Elxan Əliyev, Hikmət Zeynalov 30 sutka, Rəşad Ataşov, Mirislam və Ülvi adlı şəxslər isə 15 sutka həbs cəzası alıb.
Tahirə Rzayevanın sözlərinə görə, söküləcək evlərin müqabilində təklif olunan kompensasiyanın azlığı ilə barışmaq fikrində deyillər və yaxın günlərdə yenidən aksiya keçirəcəklər.
Hökumət "Sovetski”də söküləcək evlərin hər kvadratmetrinə 1500 manat verir, sakinlər isə bu məbləğin azı iki dəfə artırılmasını istəyir.
.
