Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "SOCAR-Türkiyə"nin rəhbəri Kənan Yavuz "Petkim" kompleksinin neft-kimya layihəsindəki səhmlərinin bir qisminin satılmasını şərh edib.
K. Yavuz "APA-Economics"ə açıqlamasında bildirib ki, bu addım qazanc məqsədi ilə atılıb.
"2010-2011-ci illərdə Türkiyə birjasında ucuzlaşma baş verdiyi zaman biz dövriyyədə 2 liradan bir qisim səhm almışdıq. Ardından həmin hissələr 4 liradan birjada satdıq. Bir sözlə biz ucuz qiymətə aldığımız səhmləri qazanc məqsədilə daha baha qiymətə satdıq. Təbii ki, SOCAR "Petkim"də majoritar səhmdar kimi qalıb".
Xatırladaq ki, bir gün öncə SOCAR "Petkim" neft-kimya layihəsindəki 3,4%-lik səhm paketini "BCM Global Fund" şirkətinə satıb.
Əqdin dəyəri 136 mln. lirə (57 mln. dollara yaxın) təşkil edəcək..