Müğənni Demet Akalın apreldə xərçəng xəstəliyindən əziyyət çəkən 13 yaşlı fanatı Mine Nur Tatarı xəstəxanada ziyarət edərək ona səhnə geyimini hədiyyə etmişdi.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ifaçı dünən İnstaqramda həmin libası geyinən Tatarın fotosunu paylaşıb:

"Mən sənə "bu xərçəngi məğlub edəcəyik" demişdim. Sevincdən yataqda ağlayıram. Canım Minem, nə gözəl yaraşıb libasım... Ən qısa zamanda konsertimdə birgə mahnılar söyləyib oynayacağıq".


.