Bakıda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən 1 saylı şəhər Kliniki Tibbi Mərkəzdə ("keçmiş Semaşko") qeydə alınıb.

Xəstəxanada müalicə olunan Zeynal Zeynalov özünü beşinci mərtəbədən atıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə ilə bağlı araşdırmalar aparılır.
.