Bakıda fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzini su basıb.
Bu barədə salamnews-a Ticarət Mərkəzində işləyən satıcılar məlumat verib.
Onlar bildiriblər ki, bu gün səhər saatlarında yağan yağış nəticəsində bir sıra satış obyektlərini su basıb. Kanalizasiya sistemi yaxşı işləmədiyindən su ticarət mərkəzinində yığılıb qalıb.
Satıcılar narazılıqlarını bildirərək deyiblər ki, hadisə ilə bağlı ticarət mərkəzinin rəhbərliyi əvvəlcədən qabaqlayıcı tədbirlər görməli idi. Çünki qarşıdan hələ qış ayı gəlir. Möhkəm qar yağarsa mərkəzin işi iflic vəziyyətə düşəcək.
.