
"Kral klubu" "Mançester Yunayted"in heyətində özünə bənzəməyən ulduz futbolçu Falkaonu heyətinə qatmaq niyyətindədir.
ANS PRESS-in məlumatına görə, "Real Madrid" klubunun rəhbərliyi "Monako" klubuna kolumbiyalı forvard Falkao ilə bağlı transfer təklif hazırlayır.
"Monako"-ya məxsus olan Falkao hal hazırda icarə əsasında "Mançester Yunayted"-də çıxış edir.
Kolumbiyalı yayda "Real"-a keçmək üçün çox yaxın idi, lakin tərəflər razılığa gəlmədilər.
Falkaonun agenti Jorje Mendeş, "Madrid"-in prezidenti Pereslə daim təmasdadı, və bildirir ki Peres yay transfer dövründə ona görə 45 milyon avro ödəməyə hazırdı.