İspaniya La Liqasının XIV turunda baş tutan "Real”-"Selta” matçında bir neçə rekord müəyyənləşib.
Madrid klubunun "Santyaqo Bernabeu” stadionunda 3:0 hesabı ilə qalib gəldiyi oyunda "Kral klubu” ardıcıl 18-ci qələbəsinə sevinib.
Bu qələbələrin 11-i La Liqada əldə edilib. Bununla da "Real” əzəli rəqibi "Barselona”ya çatmış olub. Kataloniya təmsilçisinin nailiyyəti 2005/06 mövsümündə reallaşıb.
Bundan başqa, madirdlilərin hücumçusu Kriştiano Ronaldo da klub tarixinə düşüb. Portuqaliyalı futbolçu het-trik etməklə ölkə çempionatında 200-cü qoluna imza atıb. "Real”ın heyətində La Liqada daha öncə bu uğurlar Alfredo di Stefano (1953-1964, 216 qol) və Raul Qonzalesə (1994-2010, 228 qol) məxsusdur.
"Real”ın müdafiəçisi Serxio Ramos isə La Liqada 300-cü matçını keçirib (apasport.az).
.