Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesin təxirə salınmasının səbəbi təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməməsidir.
Proses mayın 17-də davam etdiriləcək.
.