Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilən Bayram Vəliyev yenə də məhkəməyə xərəkdə gətirilib və o, iclasda iştirak edə bilmir.
Buna görə məhkəmə prosesi aprelin 12-dək təxirə salınıb.
