Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasına təqsirləndirilən şəxslərdən Bayram Vəliyev xərəkdə gətirilib. Prosesdə cinayət işində olan bir sıra sənədlər elan edilib.
B. Vəliyevin vəkili vəsatətlə çıxış edərək onun belində yırtıq olduğunu deyib və əməliyyat olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, həmin məsələ onların səlahiyyətində deyil. B. Vəliyev isə məhkəmənin qərarına etiraz edib. O, əməliyyatına icazə verilməsini istəyib: "İndi nə edim, özümü doğrayım? Mənə vaxt verin, əməliyyat olunum. Penitesiar Xidmətindən deyirlər ki, sizlikdir, sizsə belə deyirsiniz ".
Proses martın 17-də davam edəcək.
.