Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Bayram Vəliyevin vəkili hüquqlarını müdafiə etdiyi şəxsin əməliyyat olunduğunu deyib. O bildirib ki, B. Vəliyev məhkəməyə gətirilib, lakin iclasda iştirak edə bilmir, çünki ayağa qalxa bilmir və əməliyyatdan sonra onun reabilitasiyası üçün bir həftə vaxt lazımdır. Vəkil buna görə məhkəmənin təxirə salınmasını xahiş edib.

Məhkəmə vəsatəti təmin edib və proses aprelin 5-dək təxirə salınıb.


.