Türkiyənin keçmiş Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qərb ölkələrinin PKK-ya silah verdiyini açıqlayıb.
Avropa.info xəbər verir ki, Avropa ölkələrinin PKK-ya münasibətini tənqid edən Çavuşoğlu, Qərb ölkələrinin PKK-ya münasibətdə ikiüzlülük etdiklərini deyib.
"Xüsusilə IŞİD ilə mübarizə çərçivəsində, PKK-ya daha əvvəl də simpatiyası olan, PKK-nı dəstəkləyən partiyalar, məsələn yaşıllar, sosialistlər PKK-nı İŞİD-lə "mübarizə aparan bir təşkilat kimi təqdim edərək, terror qruplaşmasını qanuniləşdirməyə çalışdılar. Bu prosesdə PKK ciddi siyasi dəstək aldı.
PKK-nın əlindəki silahların mənşəyindən danışan Davudoğlu PKK-ya ın Qərbdən silah yardımı edildiyini bildirib. Çavuşoğlu Avropa ölkələrinin İraqdakı "Mehdi Ordusu" adlanan qruplaşmaya və keçmiş baş nazir Malikinin nəzarətindəki silahlılara göndərilən silah-sursatın da PKK-nın əlinə keçdiyini qeyd edib.
