
Bu gün futbol üzrə UEFA Avropa Liqasının "play-off" mərhələsinin cavab qarşılaşmaları keçirilib.
"Yenizaman.az" xəbər verir ki, bu mərhələdə Azərbaycanın ikinci təmsilçisi olan "Qəbələ" klubu səfərdə Yunanıstanın adlı-sanlı "Panatinaikos" klubunun qonağı olub.
Gərgin keçən qarşılaşma 2:2 hesabı ilə heç-heçə başa çatıb və iki oyunun nəticəsinə görə, Azərbaycan klubu tarixində ilk dəfə olaraq Avropa Liqasının final mərhələsinə vəsiqə qazanıb.
.