"Futbolçu Cavid Hüseynovun "Qəbələ" klubunun heyətindən uzaqlaşdırılmasının simvolik olması barədə yayılan xəbərlərin əsası yoxdur və bunlar şayiədir". Bu barədə "Report"a "Qəbələ" klubundan bildirilib. Klubdan bqeyd olunub ki, hazırda C.Hüseynovun "Qəbələ" ilə heç bir bağlılığı yoxdur: "İstintaq müddəti davam bitənədək futbolçu komandaya qayıtmayacaq. Yalnız istintaqın nəticəsinə əsasən, futbolçunun kluba qəbul edilib-edilməyəcəyinə qərar veriləcək".
.